Almaniyanın Frankfurt-Mayn şəhərində bu gün səhərdən etibarən etiraz aksiyaları başlayıb.

Milli.Az "Kommersant"a istinadən bildirir ki, radikal solçu Blockupy hərəkatının üzvləri ilə polis arasında toqquşmalar baş verib. Bir neçə saat ərzində 350 nəfərə yaxın adam saxlanılıb. Xəsarət alanlar da var.

Aksiyaçılar Frankfurtda Avropa Mərkəzi Bankının mənzil qərargahının açılmasına etiraz edirlər.

Milli.Az