Microsoft korporasiyası məşhur brendi Internet Explorer brauzeri ilə vidalaşır
Bakı, 18 mart, AZƏRTAC
Microsoft korporasiyası özünün məşhur brendi olan Internet Explorer brauzeri ilə vidalaşmağı qərara alıb. O, korporasiyanın Windows 10 operativ sistem dəstinə daxil olacaq yeni brauzerlə əvəzlənəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, brenddən imtina edilməsi barədə rəsmi bəyanat Microsoftun Atlantada keçirilən illik konfransı zamanı korporasiyanın marketinq bölməsinin başçısı Kris Kaposella tərəfindən səsləndirilib. Hazırda yeni brend və yeni brauzerin adı üzərində işlədiklərini deyən Kaposella müştərilər üçün Explorerin də saxlanacağını qeyd edib.
Mütəxəssislərin sözlərinə görə, Microsoftun yeni brauzeri internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanan Google kompaniyasının Chrome brauzerini xatırladacaq.
Qeyd edək ki, Internet Explorer brauzeri Windows sistemində 1995-ci ildən fəaliyyət göstərir. Bir çox ekspertlərin fikrincə, hazırda o, “təravətini itirib və yenilənməyə ehtiyacı var”.
Eyni zamanda, yeni Windows 10 operativ sisteminin bu ilin yay aylarında dünyanın 190 ölkəsində, 111 dildə istifadəyə buraxılacağı elan edilib. Bu barədə martın 17-də Çində keçirilən beynəlxalq texnoloji konfransda Microsoft kompaniyasının əməliyyat sistemləri bölməsinin icraçı vitse-prezidenti Terri Mayerson məlumat verib.
Mütəxəssislər Windows 10-u Microsoft korporasiyası üçün “yeni başlanğıc” hesab edirlər. Belə ki, bu əməliyyat sisteminin smartfon və planşetlər üçün versiyası da mövcuddur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25