Reqqi üslubunda oxuduğu mahnıları ilə tanınan Emmanuel Mayyandja Hammerton (AK47, Akay kimi də tanınnır – red.) dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, meneceri 23 yaşlı ifaçının getdiyi barın ayaqyolunda yıxılaraq öldüyünü açıqlayıb. Emmeanuel dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 3 uşaq atası olan Emmanuelin qardaşları Jose Chameleone, Weasel və Pallaso musiqi dünyasının məşhur simalarıdır.