Ebola epidemiyası təqribən doqquz milyon afrikalı uşağın həyatına təsir edib
Bakı, 18 mart, AZƏRTAC
Ebola epidemiyası xüsusən uşaqların həyatında ağır iz qoyur. Qərbi Afrikada yaşayan təqribən doqquz milyon uşaq bu təhlükəli epidemiya ilə bağlı insan tələfatının və dözülməz əzab-əziyyətin şahidi olub.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu fikir BMT Uşaq Fondunun (UNİCEF) yeni məruzəsində yer alıb. Məruzə eyni vaxtda Dakarda və Nyu-Yorkda təqdim olunub.
Məruzə müəllifləri bildirirlər ki, Liberiya, Qvineya və Syerra-Leonedə minlərlə uşaq kimsəsiz qalıb. Valideynləri, bacı-qardaşları və yaxın qohumları onların gözü qarşısında ölüb. Ebola epidemiyası daha çox yoxsul çoxuşaqlı ailələrə təsir edib.
Məruzədə deyilir: “Zərər çəkmiş rayonlarda yaşayan doqquz milyon uşağın çoxu üçün Ebola dəhşətli bəlaya çevrilib. Bu uşaqlar onların anlayış çərçivəsindən çox-çox kənara çıxan insan tələfatının və dərd-bəlanın şahidi olublar. İnsanların Eboladan müdafiə olunmasında və bu bəlanın yayılmasının qarşısının alınmasına əsas rolu yerli icmalar oynayır. Bu təhlükəli xəstəliyə qarşı mübarizənin uğuru məhz insanların davranışından asılıdır. Məsələn, hazırda Liberiyada rəyi soruşulan şəxslərin 72 faizi hesab edir ki, Ebola əlamətlərinin müşahidə olunduğu şəxslər tibbi yardım mərkəzlərinə müraciət etməlidirlər. Ekspertlər hesab edirlər ki, bu, xəstəliyə qarşı mübarizəyə yanaşmada böyük irəliləyişdir, çünki hələ bir neçə ay əvvəl bu ölkə sakinlərinin çoxu Ebola qurbanlarını evlərində gizlədirmiş. Bu da virusun ildırım sürəti ilə yayılmasına səbəb olub.
Qeyd edək ki, UNICEF-in məruzəsi Dünya Səhiyyə Təşkilatı son iki həftə ərzində Ebola xəstəliyindən bir dəfə də olsun ölüm faktının qeyd alınmaması barədə məlumat verəndən bir neçə gün sonra açıqlanıb.
UNİCEF Qərbi Afrikanın üç ölkəsində, xüsusən, epidemiya ilə bağlı məşğələlərin dayandırıldığı məktəblərdə dərslər başlayandan sonra yoluxma risklərini minimuma endirməyə çalışır. Bir çox rayonlarda tətbiq edilən karantin səbəbindən beş milyon uşaq müvəqqəti olaraq məktəbə gəlməyib.
Bütövlükdə Qərbi Afrika ölkələrində 24 min adam virusa yoluxub. Onların beş min nəfəri uşaqdır. Bundan əlavə, Ebola səbəbindən təqribən 16 min uşaq valideynlərindən birini itirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25