"Report" xəbər verir ki, simpozium 2014-cü il ərzində aparılan arxeoloji işlər və muzeyşünaslıq sahəsində əldə olunmuş aktual təcrübə və nailiyyətlərə həsr olunacaq.
Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, bu il simpoziumda Azərbaycan və Başqırdıstanın nümayəndələri çıxış edəcək.