İllərdir milli marşımız kimi tanıdığımız, bildiyimiz, oxuduğumuz "Əsgər marşı" plagiyat çıxdı. Belə ki, sözügedən marş qardaş ölkə Türkiyəyə məxsusdur.

Milli.Az xəbər verir ki, Bizim "Əsgər marşı" adını verdiyimiz mahnı türklərin əsgəri marşıdır və Rüfət bəy (1820-1888) tərəfindən "Alay Marşı" ismiylə Yəmən Savaşı zamanı bəstələnib (1871-1872). Həmin marş bu gün də Türkiyə Ordusunda əsgərlərin addımladığı zaman söylədiyi ən məşhur marşlardan biridir.

"Əsgər marşı"nın müəllifi kimi tanınan Cavanşir Quliyev açıqlamalarında bu marşın sözlərinin bir əsgər tərəfindən ona verildiyini söyləyib. Marşı Cavanşir bəyə təqdim edən əsgər isə bunu babasından eşitdiyini bildirib.

Sözlər ilə bahəm musiqinin də yüzdə səksən eyni olması isə olduqca düşündürücüdür. Marşın sözlərini əsgər verib. Burası aydındı. Bəs musiqisinin eyniliyi nədən qaynaqlanır?! Ehtimaldır ki, həmin əsgər bu marşın babasından dinlədiyi musiqisini də eyni ilə səsləndirib və Cahangir bəyə qalan isə sadəcə, eşitdiyi musiqini nota alaraq marşı öz şücaəti kimi təqdim etmək olub.

Türkiyə tərəfi uca Türk ordusunun şərəf marşlarından biri olan "Alay Marşı"nın Azərbaycanda C.Quliyev tərəfindən əhaliyə şəxsi əsəri kimi təqdim edilməsindən xəbərdardır. Lakin bir dəfə də olsun bu məsələni açıb ağartmayıb. Tam tərsinə, bunu xoşgörülü bir şəkildə iki eyni millətin qurtuluş savaşındakı ortaq nöqtə kimi qəbul edib. Həqiqətən də, böyük qardaşlığını göstərib.

Bu gün "Çanaqqala"nın 100 illiyi münasibətilə isə Türkiyənin "Qalatasaray" klubu sosial şəbəkədə həmin bu "Əsgər marşı"nı paylaşaraq şəhidlərin xatirəsini yad edib.

Niyaməddin Şirinov
Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото