Ağstafa, 18 mart, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, eləcə də rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə rayon üzrə 500 ailəyə bayram payı verilib.
Sovqatları qəbul edən rayon sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.