Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığında Ermənistandan danışb.

ANS PRESS-in Sputniknews-a istinadən verdiyi məlumata görə, telefon danışığında Ərdoğan Türkiyənin 1915-ci il hadisələri ilə bağlı tarixçilərin araşdırmaya başlaması təklifinə Ermənistanın məhəl qoymamasını vurğulayıb. Türkiyə prezidenti Ermənistanın sülhə çağırışlaraəhəmiyyət verməyərək öz işğalçı siyasətini davam etdirdiyini deyib.

Telefon danışığında dövlət başçıları həmçinin ikitərəfli əməkdaşlıq, enerji məsələləri və Ukrayna problemini də müzakirə ediblər.
Mənbə
ANS PRESS