Beynəlxalq reytinq cədvəllərində yer tutmaq Naxçıvan Dövlət Universitetinin əsas hədəflərindəndir
Naxçıvan, 18 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Naxçıvan Dövlət Universitetində (NDU) tədbir keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müzakirə olunan məsələlərdən danışıb, Ali Məclis Sədrinin müşavirədə verdiyi tövsiyə və tapşırıqları, ali təhsilin inkişafı məqsədilə müəyyənləşdirdiyi prioritet istiqamətləri diqqətə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid martın 14-də keçirilən müşavirə ilə bağlı məruzəsində bildirib ki, Ali Məclisin Sədri müşavirədəki çıxışında müasir dövrün məktəbi dedikdə burada yalnız tikilən və yeni yaradılan binalara deyil, eyni zamanda, onun bütünlükdə məzmununa da diqqət yetirildiyini xüsusi vurğulayıb, tədris binasında yaradılan şəraitin təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərdiyini qeyd edib.
Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı uğurla həyata keçirilir. Universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla, 5349 nəfər tələbə ali təhsil alır. Yenilənən təhsil mühitində tədrisin təşkili formalarının tətbiqi məqsədilə universitetdə Bolonya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, mobillik və digər məsələlər təcrübə mübadiləsi əsasında inkişaf etdirilir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması muxtar respublikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısının əməli nəticəsidir. Universitetin beynəlxalq reytinq cədvəllərində yerinin müəyyənləşdirilməsi növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflərdəndir.
Tələbə Elmi Cəmiyyətinin sədri Ramazan Abdullayev çıxış edərək tələbələrin elm və təhsildə, ictimai işlərdə qazandığı uğurlardan, onlara göstərilən diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, ötən tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə 400-dən çox tələbə elmi-tədqiqat işlərinə cəlb olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birgə “Naxçıvanı kəşf et”, “I zəka oyunları” festivalları keçirilib.
R.Abdullayev tələbələrin daha yaxşı oxuyacaqlarına, elm və təhsildə fərqlənəcəklərinə, dövlətçilik ideyalarını, milli dəyərləri sədaqətlə yaşadıb inkişaf etdirəcəklərinə əminliyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25