Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkəti fevral ayında KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, məbləği 7 999 manat təşkil edən sığorta ödənişi Bakının Heydər Əliyev prospektində “Opel Astra” markalı avtomobillə toqquşmuş “Kia Cerato” markalı avtomobilin sahibinə verilib.
Daha bir ödəniş “BMW-320” markalı avtomobillə toqquşmuş “Mitsubishi Pajero” markalı avtomobilin sahibinə təqdim edilib. Bakı şəhəri, Neftçilər və Azadlıq prospektlərinin kəsişməsində baş verən hadisəyə görə müştəriyə 11.900 manat məbləğində sığorta ödənişi verilib.
Başqa bir hadisə Bakı-Şamaxı yolunun 18-ci kilometrində baş verib. Şirkətdə KASKO üzrə sığortalanmış “Mitsubishi Pajero” markalı avtomobil “QAZ-33021” markalı avtomobillə toqquşub. Həmin hadisə üzrə müştəriyə 15.767 manat sığorta ödənişi verilib.