2015-ci il yanvar-fevral aylarında sığorta haqlarının statistikası açıqlanıb
Bakı, 18 mart, AZƏRTAC
2015-ci ilin yanvar-fevral aylarında toplanmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, şirkət 2 ay ərzində 26,1 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Atəşgah Sığorta”nın yığımları 11,2 milyon manat, “Paşa Həyat Sığorta”nın yığımları isə 8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “İpək Yolu Sığorta” (7,5 milyon manat) və “Atəşgah Həyat Sığorta” (7,4 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 59 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 60,2 milyon manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (372,7 min manat), “Başak İnam” (282,6 min manat), “Amrah Sığorta” (210,7 min manat), “Azərqarant” (100,6 min manat) və “Günay Sığorta” (24,8 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 1 faizini təşkil edib.
Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 8 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 7 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta haqlarının artımı, 11-də isə azalması baş verib.
Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkətidir – 4,78 milyon manatla. Sonrakı yerləri tutmuş “Atəşgah Sığorta”nın ödənişləri 2,29 milyon manat, “AXA MBASK”ın ödənişləri isə 1,96 milyon manat olub. Ödənişlərin məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” şirkəti (1,94 milyon manat) və “Azərsığorta” DSKŞ (1,84 milyon manat) tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 53 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 12,8 milyon manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (28,7 min manat), “Günay Sığorta” (11,0 min manat), “İpək Yolu Sığorta” (7,9 min manat), “Çartis Azərbaycan” (3,9 min manat) və “Azərqarant” (1,1 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 54 min manat olub ki, bu da ödənişlərin 0,2 faizini təşkil edir.
Ümumilikdə 27 sığorta şirkətindən 10-da 1 milyon manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 8 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08