Xalq artisti İlhamə Quliyeva “Antrakt” verilişinin bayram buraxılışının qonağı olub
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni mətbəx bacarığından danışıb:

“Əvvəl bayramda evdə qoğal, şəkərbura bişirilirdi. İndi hər şeyi hazır alırıq. Amma mən mətbəxdə işləməyi sevirəm. Boş vaxtım olanda dadlı yeməklər hazırlayır. Qurmanam, gözəlliyi sevirəm. Yemək hazırlama bacarığı mənə anamdan keçib”.
 
Mayda Heydər Əliyev Sarayında konsert verməyi planlaşdıran İ.Quliyeva hazırlıqlara başlayıb:
“Bu, mənim hesabat konsertim olacaq. Yarım əsrdir sənətdəyəm, bu müddətdə nələr etmişəm, hamısının hesabatını verəcəm. Səhnə dekorasiyasını Türkiyədən sifariş etmişəm. İki komanda ilə çalışıram: Kamera Orkestrı və Xalq Çalğı Alətləri. Xalq, klassik, müasir mahnılar, muğam ifa edəcəm”.

Milli.Az