Bakı, 18 mart, AZƏRTAC
“Bank of Baku” Novruz bayramında “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə nağdlaşdırma kampaniyası keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, martın 18-19-da kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 4 faizdir. Nağdlaşdırma üçün maksimal məbləğ 500 manat təşkil edir. “Bolkart”ı nağdlaşdırmaq üçün “Bank of Baku”nun istənilən bankomatına müraciət etmək olar.