Müğənni Roza Zərgərli sürücülük qabiliyyətindən söz açıb. Lent.az-a açıqlama verən müğənni deyib ki, 2004-cü ildən sürücülük hüququ əldə edib, bu günə qədər onu yalnız bir dəfə yol polisi saxlayıb: “Onda təhlükəsizlik kəmərindən istifadə etməmişdim. Polis mənə hörmət edib protokol yazmadı. 11 ildir sürücülük vəsiqəm var və bu günə qədər mənə bir dəfə də olsun protokol tərtib edilməyib. Bu günə qədər bir dəfə avtomobil qəzası keçirmişəm. “İnfiniti” markalı maşınımı yol kənarında saxlayıb getmişdim, avtomobilimin yanına qayıdan zaman gördüm ki, vurublar. 10 yaşımdan avtomobil sürməyi mənə atam öyrədib. Amma 13 yaşımdan sonra avtomobili idarə etməyə başladım”.
İfaçı hazırda “Mercedes C Class” markalı avtomobili idarə edir: “Səhhətimlə bağlı olaraq indi daha çox avtomobilimi sürücüm idarə edir. İlk avtomobilim “Mercedes C Class ”olub. Ondan sonra ardıcıl olaraq olaraq “BMW 530”, “BMW745” , “Mercedes E Class”, “Toyota Camry”, “İnfiniti EX”, “Porsche Panamera” markalı avtomobilləri idarə etmişəm”.
R. Zərgərli idarə etdiyi avtomobili ilə Lent.az-ın fotokameraları önünə keçərək pozalar verib.











