Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəlikləri açıla bilər
Bakı, 18 mart, AZƏRTAC
Daşkənddə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında üçtərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, tədbirdə səhmdar cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan tranzit yüklərin həcminin artırılması, TRASEKA, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan və Gürcüstan dəmir yollarının rəhbərləri yeni elektrikləşdirilmiş “Anqren-Pap” dəmir yolunun tikintisini dəstəklədiklərinin bildiriblər. Qeyd olunub ki, bu dəhliz yeni Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yüklərin Qara dəniz limanlarına çıxarılmasını təmin edəcək.
Tədbirdə, həmçinin daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılması məsələsinə baxılması üzrə razılıq əldə edilib.
Üçtərəfli görüşün sonunda müvafiq protokol imzalanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33