Türkiyənin Erciyes Texnoparkı əsasında Azərbaycanda yeni texnoparklar modelinin yaradılması təklif edilib
Akademiyadan bildirilib ki, ikigünlük seminardan öncə akademiya ilə tanışlıq, aparatın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevlə görüş olub. Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın inkişaf strategiyaları, təklif olunan İnnovasiya Fondu, Biznes İnkubator və texnoparkın yaradılması barədə iştirakçılara məlumat verib, AMEA-nın bu sahədə gördüyü işlərdən danışıb. Sonra türkiyəli professor, Erciyes Texnoparkının direktoru Bilgin Yazlık seminarda Türkiyənin təcrübəsindən bəhs edən təqdimatla çıxış edib.
Seminarda TÜBİTAK-ın akademik layihələrə maliyyə dəstəyi ayırmasından, dövlətin bu sahəyə qayğısından, alimlərin müxtəlif tipli müəssisələrlə birgə layihələrində hər iki tərəfin maraqları və alimin tədqiqatı qorunmaqla əməkdaşlığın inkişaf etdirilməsindən, düzgün strategiyadan istifadə etməklə bu sahədə daha çox patent almağın mümkünlüyündən danışılıb.
Professor müxtəlif əlverişli yollar araşdırılmaqla rəhbəri olduğu texnopark əsasında Azərbaycanda yeni texnoparklar modeli yaratmağı təklif edib.
Tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, akademiyanın elmi müəssisə və təşkilatlarının innovasiya üzrə məsul şəxsləri, eləcə də Erciyes Texnoparkının direktor müavini Səlahəddin Gönülatəş fikir mübadiləsi apararaq innovativ-istehsalat kompleksi olan bu parkların elmi nailiyyətləri sərgiləmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Bu sahənin inkişafı istiqamətində müxtəlif təkliflərin hazırlanmasının vacibliyini vurğulayıblar.
Növbəti görüşlərdən birində Erciyes Texnoparkı ilə anlaşma memorandumunun, tədbirlər planının hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Daha sonra qonaqlar üçün AMEA Təcrübə-Sənaye Zavodu ilə tanışlıq məqsədilə ekskursiya təşkil edilib.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05