Sumqayıt, 18 mart, AZƏRTAC
“Sumqayıt” Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbi ziyarət edib.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, klub rəhbərliyinin qatıldığı ziyarətdə uşaqlara idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub.
