Layihə çərçivəsində paytaxt Bakı və regionlarda xarici və yerli təlimçilərin iştirakı ilə təlimlər, müxtəlif sosial aksiyalar, video nümayişlər və sairə nəzərdə tutulub. Sosial şəbəkələrdə digər diqqət çəkən məqam isə layihənin dünən gecə saatlarında paylaşılan tanıtım videosu olub.
Layihəni ərsəyə gətirən addımçılar Azərbaycanda ilk dəfə olaraq kağız animasiyası (paper animation) janrından istifadə ediblər. Videonun rejissoru Cavanşir Eladisoy, montaj rejissoru Emin Muradov, ssenari müəllifi Kamran Cavadzadə, rəssam Hüseyn Bağırov, Nərmin Hüseynova , korrektoru Emil İbrahimov olub. Videoroliki Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Selcan Müseyibova səsləndirib.

Mənbə
ANS PRESS