ABŞ prezidentinin iqamətgahı olan Ağ Evə içində sianid olan məktub daxil olub. Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məktubu açan şəxs xəsarət almayıb.
Naməlum şəxs həmin məktubu martın 16-da Vaşinqtondan göndərib. Hadisə ilə bağlı araşdırma aparılır. Zərf analizlər üçün müvafiq qurumlara göndərilib.