AYB-də kadr dəyişikliyi olub
Məlumatda bildirilib ki, AYB-nin sədri, xalq yazıçısı Anar, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, sədr müavini Nazim İbrahimov və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının iştirakı ilə Quba rayonunda geniş toplantı keçirilib.
Toplantıda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan AYB üzvləri də iştirak ediblər. Toplantını AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açıb. Ramiz Qusarçaylı başqa bir işə keçməsi səbəbilə Quba bölməsinin sədrliyindən öz ərizəsilə istefa verib.
AYB katibiliyin qərarı ilə “Qobustan” jurnalının baş redaktoru, nasir, dramaturq, tərcüməçi Vaqif Əlixanlı Yazıçılar Birliyinin Quba bölməsinə yeni sədr təyin edilib. Vaqif Əlixanlıya şair Zakir Məmməd müavinlik edəcək.
Qeyd edək ki, Vaqif Ənvər oğlu Əlixanlı 1943-cü il oktyabrın 13-də Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR-sı Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə “İncəsənət və Teatr” şöbəsinə baş redaktor, bir il keçmədənsə, Nazirliyin “Teatr və Konsert müəssisələri” idarəsinə rəis təyin olunub. 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən AzTV-yə qayıdıb. Televiziyanın “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini icra edib.
Sonrakı illərdə “Space”, ABA, “Lider”, hətta qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb. 2008-ci ildən indiyəcən Space TV-də Dublyaj redaksiyasında baş redaktorudur. Hazırda həm də Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktorudur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47