Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Elma məşhur cütlüyün münasibətlərini bitirməsinin onların ailəsinə də böyük təsir göstərdiyini deyib:
“Ronaldo ilə İrinanın ayrılması ölümə bərabər olmaq kimi bir şeydir. Ancaq artıq hər ikisi irəliyə doğru baxmalıdır”.
Futbolçunun bacısı onu da əlavə edib ki, Ronaldo istənilən halda özünü xoşbəxt sayır.
Xatırladaq ki, Ronaldo ilə İrina 5 illik münasibətlərinə bu ilin yanvarında son qoyublar. Futbolçu bu haqda mediaya “Biz düşündük ki, ikimiz üçün də belə yaxşı olacaq. İrinaya böyük xoşbəxtlik arzulayıram”, - deyə açıqlama vermişdi.