Amerikalı məşhur aktrisa və müğənni Teylor Sviftin başına iş gəlib.

ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl ayaqlarını 40 milyon dəərində sığortalatdıran cazibədar müğənni Teylor Sviftin sevimli pişiyi onun sola ayaq baldırını cırmaqlayıb.

Müğənni bu barədə “Instagram” səhifəsində paylaşdığı fotoşəkildə bildirib.

“Yaxşı iş bacardın, Meredit. Mən sadəcə səni oxşamağa çalışırdım. Səni sevirəm və sən mənə 40 milyon dollar borclusan” – deyə müğənni paylaşım etdiyi fotoşəkildə zarafatyana şərh də yazıb.

Meredit adlı pişiyini yanından ayırmayan müğənninin bir müddət əvvəl isə səhnə kostyumlarından biri onun cırmaqlaması nəticəsində məhv olmuşdu.







Mənbə
ANS PRESS