İsraildə ötən gün keçirilən seçkidə baş nazir Benyamin Netanyahu 4-cü dəfə baş nazir olmağa çalışır.

ANS PRESS-in məlumatına görə, 120 yerlik parlament uğrunda keçirilən seçkidə Netanyahunun mühafizəkar Likud partiyası ilə Sionist Birliyinin lideri İsak Herzoqun rəhbərlik etdiyi mərkəz solçu alyansın qazandığı səslər arasında fərqin cüzi olduğu bildirilir

Seçki nəticələri tam açıqlanmamış, İsrailin baş naziri Benjamin Netanyahu seçkidə “böyük qələbəsini” elan edib.

İsraildə ən çox seçicinin iştirak etdiyi səsvermələrdən biri olaraq qəbul edilən seçkinin son nəticələri çərşənbə gününün sonunda bilinəcək.
Mənbə
ANS PRESS