“Birlik üçün oxu” layihəsinin üçüncü hissəsi izləyicilərə təqdim olunub.

ANS PRESS-in məlumatına görə, "Birlik üçün oxu" adlı layihə bu dəfə unudulmaz bəstəkar mahnılarımızdan "Sənə də qalmaz" və çox sevilən "Göy göl" mahnılarını yeni aranjımanda təqdim edib.

"Birlik üçün oxu" layihəsi ABŞ-da reallaşdırılmış, sonradan dünyada məşhurlaşmış "Playing for Change" (Türkiyədə "Doğa için çal") layihəsinin Azərbaycan versiyasıdır.

Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.

Qeyd edək ki, “Sənə də qalmaz” mahnısının musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya, “Göygöl” mahnısının da musiqisi Tofiq Quliyevə, sözləri isə Teymur Elçinə məxsusdur.

"Birlik üçün oxu" layihəsinin üçüncü klipini sizə təqdim edirik:

Mənbə
ANS PRESS