Milli.Az islam.az-a istinadən bildirir ki, İslam şəriətinə görə, and içdikdən sonra andını pozan şəxs cəza olaraq on fəqiri yeməklə və ya geyimlə təmin etməlidir, bunu edə bilməzsə, üç gün oruc tutmalıdır (buna andın kəffarəsi – cəzası deyilir). Lakin bunun üçün içilən andın şəriət baxımından etibarlı olması lazımdır. Şəriətə görə o and etibarlı sayılır ki, Allaha, onun adlarına içilsin.

Yəni ya bilavasitə “Allah” adına, ya da Allahı ifadə edən digər adlara (məsələn, Yaradan, hər şeyi bilən, hər kəsin ruzisini yetirən, Rəbb və s.) içilən andlar düzgündür. Bundan başqa şeylərə içilən andlar etibarsızdır. O cümlədən, “canım üçün”, “filankəsin qəbri üçün”, “çörək haqqı”, “bu işığa kor baxım” və s. kimi sözlər şəriət baxımından and sayılmaz və onları pozduqda kəffarə lazım deyil. Lakin and içməyə özünü öyrəşdirmək yaxşı adət deyil.

Ona görə də, hətta etibarsız andı içib, pozan adam buna görə istiğfar etsə yaxşı olar.
 
Milli.Az