Türk film tarixinin ən önəmli aktrisalarından olan Ayşən Qruda “Hürriyət” qəzetinə verdiyi müsahibədə Prezident Rəcəb Tayyip Ərdoğan haqda qalmaqallı fikirlər səsləndirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, aktrisa prezidentin xoşbəxt olmadığını iddia edib. “Tamer Qaradağlı “prezidentdən qorxuram” demişdi, bəs siz necə?” sualına “Yeşilcam”ın əfsanəvi aktrisası belə cavab verib: “Mən Allahdan belə qorxmuram, çünki Allahı sevirəm. Prezidentin də sevgiyə ehtiyacı var. Bəlkə də, ona daha çox sevgi göstərilsə, bizim üstümüzə daha az qışqırar. Mən xoşbəxt insanam, amma deyəsən, prezident xoşbəxt deyil”.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan əsilli türk aktyor Tamer Qaradağlı Rəcəb Tayyip Ərdoğandan çəkindiyini desə də, sonralar yayılan xəbərləri təkzib etmək məcburiyyətində qalmışdı.
Milli.Az