Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı tətbiq olunmuş ABŞ sanksiyaları yarımada Ukraynaya qaytarılana qədər qüvvədə qalacaq. Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin nümayəndəsi Jen Psaki verib.
 
"Rusiya suveren Ukraynanın ərazisi olan Krımı tutmaq və işğal etmək üçün öz qoşunlarından istifadə edib. Daha sonra öz əməllərinə haqq qazandırmağa inandırıcı olmayan cəhd edərək "qeyri-leqal üzdəniraq referendum" keçirib, Psaki deyib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Jen Psakinin sözlərinə görə ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə hüququnu dəstəkləməyə davam edir.
 
Psaki qeyd edib ki, son il ərzində Krım sakinləri "Rusiya tərəfindən genişmiqyaslı repressiyalara məruz qalıblar".
Xüsusən də qeyri-hökumət təşkilatları və Krım tatarları da daxil olmaqla etnik azlıqlar təqiblərə məruz qalıblar.
 
Milli.Az