Bakı, 17 mart, Xalid Məmmədov, AZƏRTAC 
“Ölkəmizi tanıyaq” tur-aksiyası bölgələrin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz imkan, Azərbaycan tarixi və coğrafiyası barədə əyani dərsdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində aksiya iştirakçısı, Naxçıvan şəhər 17 nömrəli orta məktəb şagirdi Nicat Əsgərov deyib.
O bildirib ki, “Tur-aksiya dörd gün davam etsə də, xoş təəssüratları uzun müddət yaddaşlarda qalacaq: “Biz məktəblilər bu şəraiti yaratdığına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq. Bütün yaşıdlarıma bu tur-aksiyalarda iştirak etməyi arzulayıram”.