ANS PRESS-in məlumatına görə, konsert Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının səhnəsində baş tutub.
İfaçı “Can yoldaşım” adlı albomumda yer alan mahnılarını ilk olaraq məcburi köçkün və şəhid ailələri üçün səsləndirib. Bu konsert həm də albomun imza günü kimi yadda qalıb.
Samir Bayramlının idarə etdiyi konsert proqramında Sevil-Sevinc bacıları, Sevinc Ağaşirinova, Nəzrin Hacıqızı, “Lalələr” və “Xəzər” rəqs kollektivləri çıxış edib. Konsertdə “Bahar qızı”, “Kosa” və “Keçəl” də olub.
Mərdəkanda yerləşən 4 saylı internat evində tərbiyə alan uşaqlar da girişin pulsuz olduğu tədbirdə ürəkdolusu əylənib.
























MənbəANS PRESS