Elman Rüstəmov: "Məzənnə siyasətində bu il ciddi dəyişiklik gözələnilmir"
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün hökumətin 2014-cü il ilə bağlı hesabatının parlamentdə müzakirəsi zamanı çıxışında bildirib: "Lakin nəzərə alınacaq məsələ neftin qiyməti, partnyor ölkələrin münasibətidir. Partnyor ölkələrə qarşı bizim kifayərt qədər ehtiyatımız. Biz neftin qiymətini daim izləyirik. Yenə də səbət məzənnəsində qalırıq. Fundamental amillər dəyişərsə, bunu açıq şəkildə cəmiyyətə bəyan edəcəyik. Biz cəmiyyəti məlumatlandıracağıq ki, məzənnə siyasətimizdə dəyişiklik olacaq. Bu, açıq siyasət olacaq".
E.Rüstəmov qeyd edib ki, 2014-cü ildə hökumətin fəaliyyəti uğurlu olub, iqtisadi artım davam edib, makroiqtisadi dayanıqlıq təmin olunub: "2008-ci ildən davam edən böhran bizdən də yan keçməyib və 2014-cü ildə yeni bir dalğası başlayıb. Ötən il neftin qiymətinin 2 dəfə ucuzlaşması fenomendir. Neftin qiymətinin 6 aydan çox davamlı ucuzlaşması 1980-ci illərdən əvvəlki ucuzlaşmaya bənzəyir. Bu ucuzlaşma uzun müddət davam edəcək. Neftin ucuzlaşması hələ ki, müəyyən müddət çəkəcək. Neftin ucuzlaşmasının kökündə tələb-təklif amili, OPEC və qeyri-OPEC dövlətləri arsındakı ziddəyətlər durur".
"Proqnozlar pessimistikdir. Belə şəraitdə əhəmiyyəli neft ixracına malik ölkələrdə siyasətdə dəyişiklik önəmlidir. Neftin qiymətinin belə uzun müddət ucuzlaşması şəraitində eyni siyasəti davam etsəydik, qısa müddətdə həm Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları sıfıra enərdi. Biz neftin belə qiymətləri şəraitində manatı həmin dəyərdə saxlaya bilməzdik. Mərkəzi Bankdakı ehtiyatlar ölkəyə idxalın təmin olunması siyasətinin təminatı kimi çıxış edir. Makroiqtisadi korreksiya gündəliyə gəldi. Ölkədə birrəqəmli inflyasıyadır, xarici balansda baş verən hadisələr manatın məzənnnəsinə qayıtmağı vadar edib. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin iki dəfə azalmasıdır. Biz ciddi ajiotajın şahidi olduq - devalvasiyaya yaxın bu ajiotajı yatırmağa gündə yarım milyard dollar sərf edirdik. Manat kütləsinin 70%-i dollara çevrilə bilərdi və milli valyutanmızın məzənnəsi üzərində idarəetməni itirə bilərdik. Bunun üçün də devalvasiyaya getdik. Bu makroiqtisadi korreksiya ilə makroiqtisadi vəziyyətimizi sağlamlaşdırdıq", - deyə AMB sədri vurğulayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25