Salyan, 17 mart, Mahir Babayev, AZƏRTAC
Martın 17-də Salyandakı Olimpiya İdman Kompleksində Novruzun gəlişinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nümayiş  olunan ənənəvi sərgi, pəhləvan və idmançıların məharəti, rəssamların əl işləri maraqla qarşılanıb.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov sakinlərə bayram təbriklərini çatdırıb.
Qeyd edilib ki, Novruz xalqımızın ən əziz bayramlardan biridir. Ruzi, bərəkət bayramı olan Novruzu xalqımız bütün yad təsirlərdən qoruyaraq bu günümüzə çatdırıb. İndi bu bayramın UNESCO səviyyəsində qeyd edilməsi hər kəsdə böyük qürur doğurur.
Novruzun personajları olan Kosa və Keçəlin, Bahar qızın çıxışları, rayonun musiqi kollektivlərinin nəğmələri, Salyan aşıqlarının ifaları mərasim iştirakçılarının bayram əhval–ruhiyyəsini daha da artırıb.