Bakı, 17 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar Suraxanı və Qaradağ rayonlarında keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbullar Suraxanıda saat 10.00–da, Qaradağda isə saat 13.30–da başlanıb və vətəndaşların müraciətləri bitənədək davam edib.
Suraxanı rayonu üzrə 9, Qaradağ rayonu üzrə 10 müraciət dinlənilib.
Əsas müraciətlər əlavə korpusların tikilməsi, məktəblərin təmiri, mühafizə və istilik sistemlərinin təşkili, bufetlərdə isti yeməklərin verilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin nümayəndələri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinin üzvlərinə müvafiq tapşırıqlar verilib.