Almaniyanın Hannover şəhərində keçirilən “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisi keçirilir.

Martın 16-dan öz işinə başlayan sərgi bu ayın 20-də başa çatacaq. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət iştirak edir.

 
Azərbaycan nümayəndə heyətinə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov rəhbərlik edir.
 
 
Sərgi iştirakçıları arasında Azərbaycanın təqdim etdiyi pavilyona xüsusi maraq göstərilib. Tədbir iştirakçıları əsasən regional Data mərkəz layihəsinə və telekommunikasiya peyki “Azerspace-1”-ə diqqət yetirərək onların barələrində məlumat toplayıblar.
 
 
Qeyd edək ki, sərgi çərçivəsində RYTN-in əməkdaşları bir sıra iri şirkətlərin nümayəndələri və xarici Data mərkəzlərin üzvləri ilə görüşlər keçirib və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparıblar.
 
 
SEYMUR