Məşhur amerikalı müğənni Teylor Sviftin İnstagram-da paylaşdığı fotoya media aldanıb.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni Meredit adlı pişiyinin və ayaqlarının fotolarını yayaraq yazmışdı: "Yaman əməl etdin, Meredit! Mən səni, sadəcə, sığallamağa çalışırdım. Səni sevirəm, amma sən mənə 40 milyon dollar borclusan. Çünki cırmaqladağın ayaqlarımı 40 milyon dollara sığortalamışdım".
 
25 yaşlı müğənninin bu zarafatına "sarı media" inanıb və bu gün Avropa ilə ABŞ-dakı bir çox kütləvi informasiya vasitəsilə T.Sviftin ayaqlarını 40 milyon dollara sığortalaması xəbəri yayılıb.
 
Teylor durumdan şənlənib: "Ayaqlarımın qiyməti 40 milyon dollardır?! Nə yaxşı! Mən elə bilirdim ayaqlarımın dəyəri ən uzağı 1000 dollar olar".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin