Dənizkənarı Milli Parkda Novruz bayramına son hazırlıq işləri başa çatıb
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də - İlaxır çərşənbədə Dənizkənarı Milli Parkda Novruz bayramına son hazırlıq işləri başa çatıb.
Novruz bayramı Azərbaycan xalqının ən başlıca və ən çox sevilən bayramlarından biridir. Novruzda təbiətin yenilənməsinin rəmzi olan yaz gecə-gündüz bərabərliyi baş verir.
Novruz bayramı bahar fəslinin, kənd təsərrüfatı işlərinin başlanmasının və havaların istiləşməsinin müjdəçisidir. İlin bu fəslinin insanların həyatındakı əhəmiyyəti lap qədim zamanlardan ovsun, bolluq-bərəkət, ölüb-dirilən təbiətə inanclar ilə bağlı çoxsaylı adət-ənənələrin yaranmasına səbəb olub. Bayrama hazırlıq bir ay əvvəl başlayır.
AZƏRTAC xəbər verir ki, ilaxır çərşənbədə əlvan rənglərə bürünən Dənizkənarı Milli Parkda qələbəlik olub. Novruzun personajları, aşıqlar və xanəndələr çalıb-oxuyub, kəndirbazlar öz məharətini göstərib, pəhləvanlar gücünü sınayıb, meydanlarda tamaşalar, xüsusən, məşhur “Kos-kosa” tamaşası oynanılıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində deyib: “Ənənəyə görə, ölkəmiz hər il martın 19-da Novruzu qarşılayır. Bakıda Azərbaycan Prezidentinin iştirakı ilə böyük bayram tədbirləri keçirilir. Hazırda bayramın son məşqləri gedir. Bayram tədbirində Azərbaycanın 45-50 rayonu iştirak edir. Rayonlar öz xalq tətbiqi sənətlərini, mətbəxini, adət-ənənələrini nümayiş etdirirlər.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti bu ili Kənd təsərrüfatı ili elan edib. Ənənəvi Şərq bazarının piştaxtalarında hər bir rayon öz məhsullarını təqdim edəcək.
Azərbaycan Dövlət Filarmoniyasının bütün kollektivləri, bütün konsert müəssisələri və teatrlar böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş konsertlər təqdim edəcəklər.
Qonaqları Ü.Hacıbəylinin qəhrəmanlarının libaslarında olan aktyorlar salamlayacaqlar. Əvvəlki illərdən fərqli olaraq, gün ərzində beş konsert nəzərdə tutulub.
Ölkədə ilk dəfə Avropa Oyunları keçiriləcək. Odur ki, bayram şənliyində qədim güləşdən tutmuş müasir idman növlərinə qədər milli idmanın bütün növləri təqdim olunacaq.
Novruzun özü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam və kəlağayıya, Azərbaycan xalçalarına həsr olunmuş tədbirlər ayrıca keçiriləcək.
Əminəm ki, tamaşaçılar böyük zövq alacaqlar”.
Bayramın baş məşqi zurna və nağaranın sədaları altında dəvə, fayton, atlı, milli geyimli oğlan və qızlar karvanının yürüşü ilə başa çatıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35