Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq

"Novruz bayramı ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq”.

 

Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

 

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi martın 20-dən 24-dək (ayın 24-ü də daxil olmaqla) davam edəcək: “Həmin günlərdə xəstəxana və poliklinikalar işləmədiyi üçün bütün müraciətlər təcili yardıma ünvanlanacaq”.

 

Z. Vahidova vətəndaşlara qidalarına fikir verməyi, qidalanmaya düzgün əməl etməyi məsləhət görüb: “Xüsusən də valideynlər diqqətli olmalıdırlar. Bayram günlərində xroniki qastritlə bağlı müraciətlər artır. Belə günlərdə ən çox müraciət də məhz bu xəstəliklərlə bağlı olur”.