"Büdcəyə yenidən baxılması zərurətdir".

ANS PRESS-in məlumatına görə, bunu bu gün parlamentdə hökumətin hesabatının dinlənilməsi zamanı çıxış edən millət vəkili Zahid Oruc deyib. O qeyd edib ki, hökumətin ötən ilki fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alacağımız ilk məslə Rusiya-Urayna, Rusiya-Qərb qarşıdurmasına görə tətbiq olunan olunan sanksiyalar fonunda ölkəmizdə iqtisadi sabitliyi qoruyub saxlaması olub.

"Lakin 21 fevraldan sonra manatın dollara görə kursunda aparılmış 33.5 fazilik devalvasiya qərarından sonra biz Hökuməti belə geniş tərkibdə ilk dəfədir ki, parlamentdə görürük və buna görə bir sıra suallara cavab verilməsi millətimizin gözləntilərinə,nigarançılığına son qoyardı.

Nəzərə almalıyıq ki,ölkədə faəl ticari mühitə müəyyən qədər ziyan dəyib,eləcə də panika və gözlməyə mövqeyində olanlar,həmçinin bank sektoruna inamını itirənlər malik olduqları vəsaitlərin gələcəyi barəsində bədgümandılar,üstəlik kapitalın ölkəmizi tərk etməsi prosesi gedə bilər.Manat təkcə iqtisadi-maliyyə vahidi yox,həmçinin siyasi sabitlik alətidir.Ona görə devalvasiyadan daha çox insanlara hazırki qeyri-müəyyənlik zərbə vurur.Baxmayaraq ki,manatın dollara nisbətən kursunun 33.5 faiz aşağı düşməsi milli valyutamızın alıcılıq qabiliyyətinin və ya dəyərinin 33.5 faiz aşağı düşməsi anlamına gəlmir".

Deputat həmçinin bildirib ki, hazırda hökm sürən panik qiymətlər bir müddət sonra iqtisadiyyatın tələb və təklif modeli əsasında tənzimlənəcək: "Bununla belə, qiymətlərə inzibati müdaxilə onun süni vasitələrlə artması nə qədər pisdirsə,zorakı vasitələ və müdaxilələr vasitəsəilə qiymətin diktəsi də o qədər pisdir.Bu sovet qitisadiyyatına qayıtmaq demək olardı.

Ona görə mən hökumətdən məhz iqtisadi vasiətələrlə,yəni,gömrük rüsmularını,vergi dərəcələrini və bank faizlərini dəyişərək əhalinin maraqlarını qorumağa çağırırıam və belə olacağı təqdirdə həqiqətən də zəruru tələbət mallarının qiymətini qoruyub saxlamaq mümkün olacaq.Ona görə də büdcəyə yenidən baxılması zərurətini qəbul etməliyik".
Mənbə
ANS PRESS