Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib
Azərbaycanın neft qiymətlərinin ucuzlaşmasından sarsılmadığını deyən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya sahəsində görülən işlərdən bəhs edib: "Bu gün ixracımızın 93%-i neft və neft məhsullarından asılıdır. Hesab edirəm ki, biz bu asılılığı azaltmalıyıq. Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır. Bunun üçün də neçə illərdir iş gedir".
Azərbaycanın MDB ölkələri arasında lider olduğunu deyən Ə.Abbasov hazırda aktiv internet istifadəçilərinin sayınının 72-73% olduğunu deyib: "Azərbaycan aktiv IP siyahısında 49-cu yerə qalxıb. Biz həmçinin 2017-ci ildə üçünçü kosmik peykimizi kosmosa çıxaracağıq. Əsas məqsədimiz 2020-ci ildə əhalinin 95%-ni sürətli internetə əlçatan etməkdir".
Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov isə ölkədə aparılan təhsil islahatlarından və bu islahatların nəticəsi olan "Sabah qruplar"ı haqqında danışıb.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə ölkədə son 10 ildə sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, son 10 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3 dəfə, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunu da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib: “Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”.
Daha sonra isə müzakirələr rabitə, təhsil və başqa qeyri-neft sektoruna aid plenar iclaslarda davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33