“Azərbaycan – İdman foto obyektivdə” sərgisi Nitsanın Milli İdman Muzeyində
Bakı, 17 mart, AZƏRTAC
Fransanın Nitsa şəhərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyi, Nitsanın Milli İdman Muzeyi, Fransa Milli Olimpiya Komitəsi və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə təşkil olunmuş “Azərbaycan – İdman foto obyektivdə” adlı sərginin açılışı olub.
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, siyasətçilərin, diplomatların, fotoqrafların, idman azarkeşlərinin və Nitsada yaşayan Azərbaycan diasporu üzvlərinin də iştirak etdikləri sərgidə 65 fotoşəkil nümayiş olunub. Bu fotolar TEAS-ın təşkil etdiyi eyni adlı müsabiqəyə təqdim olunmuş 300 fotonun arasından seçilib.
Tədbirdə ilk olaraq Milli İdman Muzeyinin İdarəetmə Şurasının prezidenti Anni Lheritie çıxış edib. O, ötən həftə Argentinada baş vermiş faciəvi helikopter qəzasının qurbanlarının xatirəsini yad edib. Xatırladaq ki, qəza zamanı dənizçi Florence Arthaud, boks üzrə dünya çempionu Alexis Vastine və üzgüçülük üzrə Olimpiya çempionu olmuş Camille Muffat həyatlarını itirib. Məlumat üçün bildirək ki, Aleksis Vastine dünya çempionu titulunu 2011-ci ildə Bakıda keçirilmiş XVI dünya çempionatı zamanı qazanıb.
Nitsa şəhər Merinin idman məsələləri üzrə müavini Gilles Veissiere, Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin, Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova çıxışlarında mərhumların ailələrinə başsağlığı və səbir diləyiblər.
Gilles Veissiere bu sərginin Nitsa şəhərində təşkil olunmasına qərar verildiyi üçün məmnunluğunu bildirib. O deyib ki, beynəlxalq yarışlar zamanı təxminən 100 futbol oyununa hakimlik edib. Amma təəssüf ki, heç zaman Azərbaycanda olmayıb. G.Veissiere ümidvar olduğunu bildirib ki, birinci Avropa Oyunları sayəsində Azərbaycanı və Nitsa şəhəri ilə ortaq xüsusiyyətləri olan paytaxt Bakını kəşf etmək imkanı olacaq.
Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin məlumat verib ki, Fransa Avropa Oyunlarına təxminən 270 idmançıdan ibarət nümayəndə heyəti göndərəcək. Bu, Almaniyadan sonra ikinci böyük heyətdir. Bu da Fransanın sözügedən tarixi oyunlara bağlılığının işarəsidir. O, Fransa Milli İdman və Olimpiya Komitəsinin bu sərgi vasitəsilə TEAS və “Bakı–2015” Avropa Oyunlarının Təşkilat Komitəsi ilə əməkdaşlıq etməsindən qürur duyduğunu deyib. Sərgi iyun ayında Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə keçiriləcək.
Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin çıxışında vurğulayıb ki, bu Oyunlar Avropada ilk dəfə özünəməxsus şəkildə keçiriləcək. Bu tarixi hadisə ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq yarışlar təşkil edən, gənc və dinamik Azərbaycanın paytaxtı – Bakıda keçiriləcək.
M.Gourdin müsabiqənin “Ipanema - Rio de Janeiro” adlı fotosu ilə ikinci yerin qalibi olmuş fransalı fotoqraf Paul Robiona sertifikat təqdim edib.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova qeyd edib ki, idmanın təbliği sülhün təbliğ olunmasının bir üsulu kimi qəbul edilir. İdman coğrafi sərhədlərin və sosial siniflərin hüdudlarını aşmaq iqtidarındadır. İdman qardaşlıq, həmrəylik, xeyirxahlıq, tolerantlıq və ədaləti təbliğ etməyin ən güclü üsuludur. İdman insanları birləşdirmək gücünə malikdir. Bu ruh TEAS-ın fotomüsabiqəsində də əks olunur və iki mühüm elementi özündə birləşdirir – mədəniyyət və idman. Bu da insanlar arasında dostluq və həmrəyliyin güclənməsinə xidmət edir.
Sərgi 2015-ci il 13-29 mart tarixlərində ictimaiyyət üçün açıq olacaq. “Azərbaycan – İdman foto obyektivdə” sərgisi Nitsadan sonra Avropanın bir neçə şəhərlərində - Maastrixt, Brüssel, İstanbul və Berlində keçirildikdən sonra yenidən Fransaya qayıdacaq. Sərgi Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə 4-28 iyun tarixində nümayiş olunacaq, Avropa Oyunlarının Bakıda keçiriləcəyi tarixi də əhatə edəcək.
Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan – İdman foto obyektivdə” adlı fotomüsabiqənin nəticələri dekabrın əvvəlində elan olunmuşdu. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr edilmişdi. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.
Birinci yeri təcrübəli azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfov “Şöhrətə doğru” adlı fotoşəklinə görə tutub. İkinci yerə fransalı fotoqraf və videoqraf Pol Robion “İpanema – Rio de Janeyro” adlı fotoşəklinə görə sahib çıxıb. Üçüncü yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abas “Yekun təlimat” adlı fotoşəklinə görə layiq görülüb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33