Bakı, 17 mart, AZƏRTAC
“Neft Daşları” yatağındakı 418A nömrəli meydançadan 2633 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 1114-1093 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.