Nazir: "Maaş artımının mərhələli şəkildə Azərbaycandakı bütün müəllimlərə şamil edilməsi planlaşdırılır"
Onun sözlərinə görə, təhsil sahəsinə dövlət kapitalı ilə yanaşı, özəl kapitalın cəlb olunması üçün şəraitin yaradılması əsas məqsədlərdəndir: "Hədəfimiz günün tələblərinə cavab verən müasir təhsil sisteminin qurulmasıdır. Milli araşdırmalar göstərir ki, kəndlərin, şəhərlərin sosial iqtisadi imkanları ilə gənclərin akademik nailiyyətləri arasında birbaşa əlaqə mövcuddur".
Nazir çıxışında həmçinin ali təhsil sahəsində yaradılan SABAH qrupları haqqında da danışıb. Onun sözlərinə görə, SABAH qrupları 33 ixtisas üzrə respublikanın 34 ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin I kursunu uğurla bitirən tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılıb:
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın bu il yekunlaşacağını diqqətə çatdıran Mikayıl Cabbarov deyib ki, son 2 ildə 1300 gənc xaricdə təhsil almağa göndərilib: "900-ə yaxın məzun olan tələbələr isə ölkəyə qayıdaraq istər dövlət, istərsə də özəl sektorda məsul vəzifələrdə xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edirlər. Bu da Azərbaycan iqtisadiyyatına zəruri olan kadr potensialının yetişməsinə şərait yaradır".
Nazir onu da qeyd edib ki, artıq keçən həftə 2-ci dövlət proqramının hazırlanması müzakirə olunub: "Hətta yeni proqramın fokusunu da dəyişdirəcəyik. Belə ki, azərbaycanlı tələbələri xaricə göndərməklə yanaşı, xarici ali təhsil müəssisələrindən professor və mütəxəssisləri müvafiq ali təhsil müəssisələrimizə fəaliyyət göstərmək üçün dəvət etməyi düşünürük".
Nazir eyni zamanda, yanvar ayından müəllimlərin əmək haqqının artırılması məsələsinə də toxunub. O qeyd edib ki, hazırda bu artım ölkə üzrə müəllimlərin 20 faizini əhatə edir: "Bu artımın mərhələli şəkildə respublikadakı bütün müəllimlərə şamil edilməsi planlaşdırılır".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47