Nail Naiboğlunun rejissorluğu ilə lentə alınan “Biznesmen” filminin çəkilişi başa çatıb.

Axşam.az-ın məlumatına görə, Ramiz Abdullayevin eyniadlı əsəri əsasında lentə alınan ekran işi təqdimata hazırdır.

N.Naiboğlu qala gecəsinin apreldə Nizami Kino Mərkəzində baş tutacağını söyləyib.

Filmdə xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aktyor Natiq Fərzəliyev, aparıcı Anar Nəcəfli və başqaları rol alıb.

“Biznesmen”in prodüseri Pərviz Oktayoğludur. Filmin tanıtım reklamı artıq yayımlanıb.