Naməlum şəxs ödəniş əvəzi Nazim İbrahimova 7 yüz manatlıq saxta əskinas verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari il fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb.

Ödəniş kimi əvəzində ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib.

Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Mənbə
ANS PRESS