Bakı, 17 mart, AZƏRTAC 
Bu ilin yanvar-fevral aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 37,3 milyon manatlıq məhsul istehsal olunub və xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, istehsalın həcmi metallurgiya sənayesində 51 faiz azalıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,6 faiz artıb.