"Real"ın futbolçusu Kriştianu Ronaldu vurduğu cərimə zərbələrinin statistikası ilə hər kəsi təəccübləndirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, cərimə zərbəsindən vurduğu qollarla adından söz etdirən portuqaliyalı hücumçu son zamanlar uğursuzluğu ilə seçilir. K.Ronaldu son vurduğu 54 cərimə zərbəsinin heç birində fərqlənə bilməyib. Onun zərbələrindən 22-si canlı səddə dəyib, 18-ni qapıçı dəf edib, 13-ü qapıdan yan keçib, 1-i isə dirəyə dəyib.
 
Statistikaya əsasən, bu mövsüm "Real"da Qaret Beyl cərimə zərbəsindən ən çox fərqlənən futbolçudur.

Milli.Az