Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsini icra edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Vitse-prezident bildirib ki, artıq Avropa Oyunlarına hazırıq və idman qurğularının bir çoxu istifadəyə verilib. Test yarışları keçirilir. Aprel ayında da boks və güləş üzrə test yarışları keçiriləcək. Üzgüçülük hovuzu tam hazırdır, aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Olimpiya kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işimiz bu oyunlara Azərbaycan tamaşaçılarının cəlb edilməsidir.