Ərəb Yarımadasındakı yeddi Birləşmiş Ərəb Əmirliyindən biri olan Dubay 1960-cı illərdə yalnız kiçik bir balıqçı qəsəbəsi idi. 1970-cı ildən etibarən sürətlə inkişaf etməyə başlayan bu qəsəbə indi Birləşmiş Ərəb Əmirliklərinin ən böyük əmirliyi və ən lüks, ən müasir olanıdır.

Bu günlərdə Dubay səfərindən qayıdan fotoqraf Rəşad Mehdiyev orada çəkdiyi maraqlı fotoların ikinci hissəsini Milli.Az-a göndərib.

Dubayda onlarla şirkət var ki, bu şəhərə gələn turistləri isti səhraya aparırlar. Hər bir şirkətin onlarla avtomobili var. Əsasən ağ rəngli TOYOTA Land Cruiser markalı avtomobillərə üstünlük verirlər. Səbəb isə bu avtomobillər səhra şəraitində maneəsiz irəliləyə bilir. Ağ rəng isə günəş şüalarını qaytardığına görə istifadə edilir.

Dubay və Şarja səhrasına aparan yol. Bu iki səhranı biri-birindən fərqləndirən cəhət qum təpəciklərinin – barxanların böyük və kiçik olmasıdır:



Səhrada batıb qalan avtomobillər də az deyil:



Avtomobillər yüksək hərəkət və müxtəlif manevrlər etməklə toz buludu yaradırlar:



Səhrada adrenalin, başgicəllənmələr, ürək bulantısı...



Səhraya yola çıxmamışdan öncə qida qəbul etmək və su içmək məsləhət görülmür.


Hərdən istirahətə də ehtiyac duyulur.


Sevgililər ən hündür qum təpəciyində əyləşib hərəkət edən avtomobilləri maraqla seyr edirlər.


Səhrada avtopark:


Səhrada hərəkət edən tək “dəmir parçası” deyil.



Milli.Az

Fotolar: Rəşad Mehdiyev





Uyğun link: 

Ərəb dünyasının incisi azərbaycanlı fotoqrafın gözü ilə - FOTOSESSİYA