Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, paparassilər tərəfindən çəkilən fotolarda Patrik qaraşın qadınla qucaqlaşıb, əlindən tutur. Bir-birinin yanından ayrılmayan cütlük olduqca səmimi davranıb. Lakin Patrik daha sonra sosial şəbəkədə həmin xanımla bağlı bunları yazıb:
“O, mənim ən yaxın dostlarımdan biridir. Mən heç vaxt sevgilimi incitmərəm. Özünüzə gəlin, insanların dostunun olması normal bir şeydir”.
Xatırladaq ki, Mayli Sayrusla Patrik Şvarsneqqerin bu yaxınlarda evlənməyə hazırlaşdıqları deyilirdi.










