Bakı, 17 mart, AZƏRTAC
AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda körpücük üzərinə 151 atlet çıxıb.
Güc strukturları arasında yarışda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları çempion olublar. Milli Təhlükəsizlik Nazirliyini təmsil edən idmançılar gümüş, Daxili İşlər Nazirliyi atletləri bürünc medala sahib olublar.
Qalib və mükafatçılara medal və diplomlar, eləcə də sponsorlar tərəfindən xüsusi hədiyyələr verilib.