Novruzun sonuncu - Torpaq çərşənbəsi tatların yaşadığı Şabranın Dağbilici kəndində də xüsusi qeyd edilir. Burada bayramın milli özəlliklərini “Xinayaxdı” xalq folklor kollektivi təqdim edir.
Milli geyimdə olan qızlar əvvəldən becərdikləri səmənidən halva bişirmək üçün tədarük görürlər. Oğlanlar isə “aşıq-aşıq” oynayır. Elə bu zaman Oğuz elinin ağsaqqalı Dədə Qorqud da gəlib Bahar qızla birgə xalqa əmin-amanlıq, ruzi-bərəkət arzulayır.

Dağbilici kəndində tatların Novruzla bağlı xüsusi folklor nümunələri də var. Folklor kollektivinin bədii rəhbəri Bayram Ağasıyev Səməni haqqında ifa olunan nəğmənin tatlara aid olduğunu deyib.
Dağbilici sakinləri də el-obanın birliyinin rəmzi olaraq İlaxır çərşənbədə 3 tonqal qalayır.

İnsanları dostluğa-həmrəyliyə səsləyən Novruz bayramınız mübarək!



Mənbə
ANS-TV